Banan və Giləmeyvə Deserti

Son güncelleme:
  • Desertler - Banan və Giləmeyvə Desertinin terifi ve hazirlanmasi

    Istəyə görə, deserti bir iri qab yerinə, paylıq stəkanarda, bakallarda da hazırlaya bilərsiniz. Bir də qeyd edim ki, buradakı krem bir qədər qatı olur, puddinq kimi. Kremin bir az duru olmasını istəyirsinizsə, südün miqdarını bir az azaldın.


    Krem Üçün:
    2 stəkan + bir stəkanın dörtdə biri qədər süd
    2 ədəd yumurta
    14 xörək qaşığı şəkər tozu
    4 xörək qaşığı un
    2 xörək qaşığı qarğıdalı nişastası (kartof unuyla əvəz etmək olar)
    2 xörək qaşığı təzə sıxılmış limon suyu
    1 çay qaşığı vanil ekstraktı (və ya iki paket vanil tozu)
    2 xörək qaşığı narın rəndələnmiş limon qabığı
    1 xörək qaşığı kərə yağı


    Meyvə Layları Üçün:
    5-6 ədəd banan - yumru-yumru doğrayın
    3-4 stəkan qarışıq morux, böyürtkən, və qaragilə (çiyələk və ya istədiyiniz başqa yumuşaq meyvələr də olar)

    Bəzək Üçün:
    Təzə nanə yarpaqları





    Hazırlanma Qaydası:


    Əvvəlcə kremi hazırlayın. Qazanda süd, yumurta, şəkər tozu, un, qarğıdalı nişastası və limon suyunu yaxşıca qarışdırın. Taxta qaşıqla qarışdıra-qarışdıra, kütlə qatılaşanadək bişirin, təxminən 2 dəqiqə. Kənara çəkib, vanil, limon qabığı və yağı əlavə edin. Mikserlə və ya mətbəx teliylə yağ əriyənə, və kütlə bir az soyuyanadək çırpın.

    Banan dilimlərini ölçüsü 33 x 25 sm olan qalın şüşə qabın dibinə düzün.


    noimage


    Üstünə giləmeyvələri yığın.


    noimage

    İlıq kremi meyvələrin üstünə tökün. Qoyun soyusun. Üstünə mətbəx streçi örtüb, qabı nir neçə saat müddətinə soyuducuya qoyun.


    noimage


    Süfrəyə verməzdən əvvəl desertin üstünü nanə yarpaqları ilə bəzəyin


    noimage



    Nuş olsun!
0 0 0