Bağışla, otağım tör-toküntüdü

Son güncelleme:
  • Salam Sarvan şeirleri - Bağışla otağım tör-toküntüdü şeirin oxu


    noimage


    Yuvam dimdiyimdə gəzirəm hələ…
    Sənsiz yer də yoxdu, dərbədər mənə
    Gəl e, gəl qırılıb qırağa düşmüş
    o qol budağımdan meyvə dər mənə.

    Bilmirəm keçirim hansı halını –
    Oynayım toyuna, batım yasına?..
    Hər gün neçə məktub yazıb cırıram,
    cırıb tullayıram… poçt qutusuna.

    Gözləməkdən gözüm çuxura düşüb,
    gör heç soruşursan, nə çöküntüdü?
    Sənli xatirələr dağılıb evə –
    bağışla, otağım tör-toküntüdü.

    Salam Sarvan
0 0 0