Xalq artisti, aktrisa Firəngiz Mütəllimovanın səhhəti pisləşib. Bu barədə aktrisanın bacısı Nərgiz Mütəllimova deyib. O bildirib ki, Firəngiz Mütəllimovanın son zamanlar keçirdiyi stresslər onda təzyiq xəstəliyi yaradıb.
“Beyin damarları tutulur. Buna görə də təzyiqi qalxır. Həkimi bir az istirahət etməyi məsləhət görüb. Hələ ki evdədir. Sadəcə bir imtahanı var idi ki, ona mütləq getməli idi. Həkimin icazəsi ilə bacımla tez gedib, qayıtdıq. Başqa bir şey yoxdur, sadəcə əsəb, stress yaşayıb.
Yaşar Nurinin vəfatı, qardaşımın ağır ürək əməliyyatı keçirməsi, hamısı üst-üstə gəlmişdi.
Firəngiz xanım hazırda müalicə olunur. Telefonla da çox danışmaq istəmir. Evdəki telefonu da çıxartmışıq. Əl telefonunu da hərdən mən götürürəm ki, birdən kimsə vacib zəng edər. Özü elə də çox danışmır. Hələ ki evdə dincəlir, çünki ona istirahət lazımdır”.