Mütəxəssislər normal müddətdə yatmayan şəxsləri xəbərdar edib.
Yuxusuzluq piylənmə və şəkər xəstəliklərini yaradır. ABŞ-ın Çikaqo Universitetinin professoru Matthev Bradi 7 sağlam qadın və kişi üzərində apardığı araşdırmaların nəticələrindən sonra bu qənaətə gəlib.
Sınaq müddətində üzərində təcrübə aparılan şəxslər 4 gün 8.5 saat normal, daha sonrakı 4 gündə isə 4.5 saat yatıblar. Təcrübə başa çatdıqdan sonra iştirakçıların qanındakı yağlanma və onların gün boyunca aldıqları kalorinin miqdarı müəyyənləşib.
İştirakçıların öncəki və sonrakı durumları arasında böyük fərqlər aşkarlanıb. Normal yatmayanların analizləri şəkər və piylənməyə meyilli olan xəstələrin yekunlarıyla uyğunluq təşkil edib.