Bunlar dərini çox cavanlaşdırır

Son güncelleme: 19.01.2013 02:20
  • Qadın ailemi - Deri gözeliyi

    Yaşlanmaq hamının qorxulu kabusudur. Bunun qarşısını almaq üçün müxtəlif kosmetik vasitələrdən, əməliyyatlardan istifadə edilir. Amma bütün bunlar müvəqqəti çarələrdir. Qırışların səbəbi başlıca olaraq yaşla bağlı olsa da, burada genlər, insanın həyat tərzi də böyük rol oynayır.

    Günəş
    Yaz aylarında insanların özlərini günəşə verməsi onlara həzz verə bilər. Amma nəzərə alın ki, bu, üzün qırışmasına səbəb olur. Bu aylarda günəşlə bütün əlaqələri kəsmək də düzgün deyil. Küçəyə çıxanda keyfiyyətli günəş kremindən və papaqdan istifadə etmək kifayətdir.

    Üz mimikaları
    Üzün hər bir hərəkəti onun bir az daha qırışmasına səbəb olur. Çox zaman dəri öz özünü yenilədiyi üçün hüceyrələr dəyişir və bu, kiçik qırışlar yox olur. Amma bu yenilənmə sonsuza kimi davam etməyəcək.

    Siqaret
    Siqaretin insanın həm xarici, həm də daxili görünüşünə mənfi təsirini bilməyən yoxdur. Bu ziyanlı vərdiş yalnız dişləri saraltmır, eyni zamanda qırışların artmasına imkan yaradır.

    Yuxu
    Günün yorğunluğundan azad olmaq üçün yatağa girəndə belə özünüzə diqqət etməyiniz vacibdir. Çünki uzun müddət eyni pozisiyada yatmaq üzün bu bölgəsinin daha çox qırışmasına səbəb olur. Bunun üçün üzü aşağı yatmağı tərgidib, arxası üstə yatmağa başlasanız yaxşı olar.

    Stress
    Həyatımızdan stresi tamamilə çıxartmaq mümkün deyil. Amma gözəl dərimizi qorumaq üçün daha sakit və soyuqqanlı olmağı öyrənməliyik. Unutmayın ki, stress nəticəsində yaranan qırışlar, sonradan insanı depressiyaya düşürə bilər.

    Yuxusuzluq
    Kifayət qədər yatmamaq qırışların sayını artırır. Yuxusuz qalmamaq və üzü üstə yatmamaq bunlara mütləq diqqət etmək lazımdır.

    İçki
    Nə qədər çox içki qəbul edilsə, bir o qədər çox qırış olacaq. Spirtli içki üzün şişməsinə, şiş azalanda isə onun dartılmasına və qırışmasına səbəb ola bilər.

    Nəmsizlik
    Quru dəri daha çox çatlamalara və qırışlara səbəb ola bilər. Bədənin suya nə qədər ehtiyacı varsa, üzün də bir o qədər nəmə ehtiyacı var. Nəmləndirici kremlərdən istifadəni unutmayın.

    Yaşlanma
    Təəssüf, ancaq bunun heç bir əlacı yoxdur. Hər ötən gün bizim əleyhimizə işləyir.

    Genlər
    Ailə üzvlərinizin və yaxınlarınızın üzünə diqqət yetirin. Vəziyyət fiziki cəhətdən xeyrimizə olmasa da, onların xətalarından dərs ala bilərik.

    Alıntı..
#19.01.2013 02:20 0 0 0