Əsnəmək beyinin yaxşı işləməsinə yardım edir

Son güncelleme: 21.01.2013 00:31
  • Əsnəmək beyinin yaxşı işləməsinə nece yardım edir?

    Əsnəmək tibb aləminin bu günə qədər təhlil edə bilmədiyi 10 əsasdan biridir.Amerika alimlərinin fikrincə, beyin kompüter kimidir; sərinlədiyi zaman daha yaxşı işləyir. Əsnəmək isə beyini sərinlədir və yaxşı işləməsinə yardım edir.
    Həkim-terapevt Bəsti Əlməmmədovanın fikrincə, əsnəmə ən çox səhər saatlarında olur. Bu zaman bir əsnəmənin müddəti 6 saniyə çəkir. "Yalnız insanlar deyil, pişiklər, quşlar, siçanlar və bir çox canlı növü də əsnəyir. Araşdırmalar zamanı məlum olub ki, heyvanlar bir hadisəni qarşıladıqları zaman, insanlarda isə əksinə bir hadisə bitdikdən sonra əsnəmə özünü büruzə edir. Bəzən sinifdə şagirdlər, iş yerində işçilər bütün gün əsnəyərək gəzirlər. Bu əsnəmələr bədəni sakitləşdirir. Əsnəmə də gülmə kimi yoluxucudur. Əsnəyən adamın üz xətlərində meydana gələn forma digər insanları da əsnəməyə meylləndirir. Bu, beynin refloktor hissidir. Əsnəmək beyni sərinlədir və daha məhsuldar işini təmin edir".
    Amerika alimlərinin fikrincə, beyin kompüter kimidir; sərinlədiyi zaman daha yaxşı işləyir. Əsnəmək isə beyini sərinlədir və yaxşı işləməsinə yardım edir.
    Mütəxəssislər hesab edirlər ki, insanların 90 faizi gün ərzində ən azı 15 dəfə əsnəyir. Gün içində 209-dan çox əsnəmə isə ictimai maneə yaradır. Bəzi insanlarda 5-6 dəqiqədə bir əsnəmə olur. Qeyd edək ki, həddən çox əsnəmə bəzi pozuntuların işarəsi ola bilər. Həkim bildirir ki, insanların bir hissəsi səhər saatlarında, bir hissəsi isə gün sonunda əsnəməyə başlayır. Bəzi insanlar isə çox yemək yedikdən sonra əsnəyir. "İnsan əsnəməyə ana bətnində olarkən 3 aylığından başlayır. Normal olaraq əsnəmə 6 saniyə davam edir. Əsnəmələr çox zaman yuxusuzluqdan yaranır. Ancaq onu da deyək ki, əsnəmə keçicicdir".
    Bu səbəbdən iş yerində, küçədə ya da avtobusda əsnəyərkən diqqətli olmaq lazımdır. Əsnəmənin yoluxucu olduğunu nəzərə alıb, əsnərkən ağzı əllə tutmaq və üzü yana çevirmək lazımdır.

    Alıntı..
#21.01.2013 00:31 0 0 0