İl ərzində minlərlə insan bu xəstəlik nəticəsində ölür. Onun barəsində isə xəstəliyə tutulandan sonra deyil, əvvəlcədən fikirləşmək lazımdır. Bəs xərçəngdən necə qorunmaq olar?
Türkiyəli mütəxəssis, professor Erkan Topuzun xərçəng və qidalanma arasındakı münasibəti haqqında cavablarını oxuculara təqdim edirik.
- Gündəlik qəbul edilən duz miqdarı nə qədər olmalıdır?
- Gündəlik qaya duzundan istifadə tövsiyə edilir. Çox duzlu ətdən və konservdən, turşularldan uzaq durun.
- Xərçəngdən müdafiədə şəkərin rolu var?
- Ağ və tünd şəkərdən həddindən artıq istifadə xərçəngə zəmin yarada bilər. Şəkər xərçəngi daha da şiddətləndirə bilər. Ona görə də, diabet xəstələrində şəkər daha ağır müşahidə edilir.
- Mövsümündə istifadə edilməyən meyvə-tərəvəz ziyan gətirir?
- Adətən meyvə-tərəvəz yetişidirilərkən müxtəlif gübrə, dərmanın təsirinə məruz qalırlar. Bunlar da xərçəngə səbəb ola bilər. Ona görə, daha yaxşı olar ki, hər şeydən mövsümündə istifadə edəsiniz.
- Xərçəngdən qoruyan qış meyvələri hansılardır?
- Soğan, alma, kələm, brokoli kimi meyvə-tərəvəzin boyun, baş şişi, mədə xərçəngindən qoruduğu aparılan araşdırmalarlada sübut edilib. Ən azı həftədə bir dəfə qəbul edilməlidir.
Narıncı meyvələr immuniteti gücləndirir, xərçəngdən müdafiə təbəqəsi yaradır. Qırmızı turp ağciyər xərçəngindən qoruyur.
- Hansı vitamin xərçəngin hansı növündən qoruyur?
-A vitamini baş, boyun və böyrək şişlərində, yemək borusu xərçəngindən, gündə 800 qram D vitamini bütün xərçəng növlərindən, E vitamini prostat xərçəngindən, baş, boyun şişlərindən qoruyur. C vitamininin xərçəng müalicəsində yeri də çox önəmlidir. B12 isə mədə xərçəngindən qoruyur.
- Spirt xərçəngə səbəb ola bilər?
- Spirtli içki bütün xərçənglərin əsas səbəbidir. Aparılan araşdırmalara görə, gündə 3 qədəh içki içən qadınlarda süd vəzi xərçənginə yaxalanma riski 30 faiz çoxdur.