Gözəl və cavan qalmağın yolları

Son güncelleme:
  • Gözəl və cavan qalmağın yolları haqqında - Ömrü uzadan 7 qida


    Badam, qəhvə, darçın, kartof, tərəvəz şorbası, zeytun yağı, çay…

    Amerika Xərçəng xəstəliyinin araşdırma İnstitutu ürək xəstəliyinin və bir çox başqa xəstəliklərə qarşı mübarizə aparan qidaların siyasıhısı verib.

    Badam: Hər gün yarım fincan, yəni 30 qr badam yeməlisiniz. Omega-3 asitli yağ ilə zəngindir və qandakı xolestrolu aşağı salır. Badam damar tıxanıqlığının qarşısını alır və qan dövranın yaxşı işləməsini təmin edir.

    Qəhvə: Gündə 2 stəkan qəhvə, xüsusən də orta yaşlı və diabetdən əziyyət çəkən insanların bədənini qoruyur. Qəhvənin tərkbində olan maddələr diabet xəstəliyinə tutulma riskini 35 faiz aşağı salır. Bundan başqa onun tərkibdə ağrını azalda bilən maddələr var. Lakin qəhvəni kalsiumla bol olan südün içərisinə əlavə etmək lazmdır.

    Darçın: Hər yeməkdən sonra tərkibində bir çay qaşığı darçın olan şirniyyat qəbul etməyi unutmayın. Tərkibindəki maddələr iltihabı və rovmatizmanın qarşısını almağa qadirdir.

    Kartof: Antioksidantlarla zəngindir. Ağ ciyər xərçənginə və ürək xəstəliklərinə qarşı yaxşı təsir edir. Lakin qızardılmış şəkildə deyil, sobada bişmiş şəkilə yemək lazımdır.

    Tərəvəz şorbası: Tərəvəz şorbaları doyurucu ancaq kalorisiz yeməklər sırasına daxildir. Buna görə də pəhriz saxlmaq istəyənlər üçün ideal yemək sayılır. Onların tərkibində natrium var. Natrium sinir sistemini və əzələlərin davamlı olaraq işləməsini təmin edir. Lakin gün ərzində 1500 mm qr-dan artıq natrium qəbul etməyin.

    Zeytun yağı: Zeytun yağı xərçəng riskini azaldır. Lakin gün ərzində 6 x.q –dan artıq qəbul etməyin.

    Çay: Hər bir dərdin dərmanı çay… qara və ya yaşıl çay xərçəng xəstəliyini azladır. Döş xərçəngi riskini isə 60 faiz aşağı sala bilir. Bundan başqa çay infarkta qarşı da yaxşı mübarizə üsulu sayılır.

    Alıntı..
0 0 0