Bəhməzli halva

Son güncelleme:
  • Bəhməzli halva terifi ve terkibi - Bəhməzli halvanın hazırlanma qaydası

    noimage

    Tərkibi:

    1 armudu st. bəhməz
    1 armudu st. şəkər tozu
    1 st. un
    1 st. su
    yarım paket marqarin (125 q)
    1 armudu stəkan xırdalanmış fındıq ləpəsi

    Bir qazanda şəkər tozu, bəhməz və suyu yaxşıca qarışdırın.

    Marqarini enli tavada əridin. Un və fındıq ləpəsini əlavə edib qızaranadək qovurun.
    Ehtiyatla bəhməzli qarışığı əlavə edin. Qarışdırmağı dayandırmayın. Sonra vam odda, aradabir qarışdıraraq 20 dəqiqə bişirin. Ocaqdan götürüb soyudun. Əlinizlə parçalar qopararaq kündələyin, ortasına fındıq basın.

    Nuş olsun..
0 0 0