Məhəbbət rənginə boyanacağam

Son güncelleme:
  • Sevgi şeirleri - Məhəbbət rənginə boyanacağam şeirin oxu

    Mən sənin qəlbinin dərinliyində
    Yatan bir duyğuyam, oyanacağam.
    Dünyanın ən mərhəm, isti rənginə
    Məhəbbət rənginə boyanacağam.

    Sən mənim bir ümid çırağım idin,
    İstəyim, həvəsim, marağım idin.
    Ən xoş sədam idin, sorağım idin,
    Indi bir gümana dayanacağam.

    Sevən seviləndən gərək yarına.
    Yar deyən yarından gərək barına.
    Tufanlar qoparan ədalarına
    Palıd vüqarıyla dayanacağam

    alıntı
0 0 0