Qaşxəngəli - Sadə qaşxəngəli terifi ve terkibi - Sadə qaşxəngəlinin hazırlanması
Tərkibi (3-litrlik qazan üçün):
2,5 l su
50 q kərə yağı
150 q xırda doğranmış xəngəl (2x2 sm)
1 x.q. tomat
2 baş soğan
0,5 st. düyü
1 kartof
qurut
qatıq
1 diş sarımsaq
Soğanı xırda doğrayın. Qazanda kərə yağında qovurun. Su əlavə edin. Qaynara düşəndə duz vurun, düyünü, xırda doğranmış kartofu əlavə edin. 1-2 buğum qaynadıqdan sonra (yumşalanda) xəngəli əlavə edin. Bişəndən sonra qara istiot əlavə edin. Qaşxəngəli adi şorbadan qatı olur.
Süfrəyə qurut, sarımsaqlı qatıqla verə bilərsiniz.