Qozlu arpa plovu

Son güncelleme: 23.01.2013 00:54
  • Qozlu arpa plovun terifi ve terkibi - Qozlu arpa plovun hazırlanması

    noimage

    Tərkibi (4 pay):

    200 q arpa
    50 q kərə yağı
    1 orta boy soğan
    2 x.q. xırda doğranmış reyhan və cəfəri
    100 q qoz
    duz və qara istiot

    Arpanı duzlu suda yumşalınca bişirin (təxminən 35 dəqiqə). Süzün.
    Soğanı xırda doğrayın.
    Tavada kərə yağını əridin, soğanı yarımşəffaf olana kimi qovurun (təxminən 3 dəqiqə). Duz, istiot, arpanı əlavə edin. Qarışdırın.
    Dərin qaba yığın, xırda doğranmış göyərti və qoz əlavə edin. Qarışdırın, boşqablara çəkin.

    Nuş olsun..
#23.01.2013 00:54 0 0 0