Yenə gəlsəydin

Son güncelleme:
  • Şeirler - Sevgi şeirleri - Yene gelseydin şeirin oxu

    noimage


    Yene Gəlsəydin ...
    Bahar olacaqdı... demişdim, yaşıl geyəcəkdi hər gül hər çiçək.

    Yox gülüm!
    Gül yox... Çiçək də yox
    axı kimi sevəcək?! kimi səsləyəcək? Hər gecə günəşin gedən zamanı...
    Sənli gəlib sənsiz gedən bu yazı, baharı
    Kim sevəcək?

    Gəlsəydin...
    Sabah olacaqmış qırmızı pəncərələrdə.
    Kim bilir harda
    Sabah da darda
    Saat da darda
    Gəlsəydin... gəlsəydin...
    Dönüb öz ruhundan lap da mələk ola bilsəydin
    Oyada bilməyəcəkdin sən
    Yatmış taleyi
    Dirinin gözündə ölü görsənən batmış taleyi

    Gəlsəydin...
    Qüssə də, kədər də, qəm də
    Bitəcəkmiş sən gələn dəmdə
    Gözümün bir gülüş borcu variymış
    Səsimin bir qurtuluş...
    Bitən deyilki,
    Hər addım yerində əkdiyin bu dərd itən deyilki
    Sən mənim üçün hətta ölsəydin
    Yene Gəlsəydin... Yene Gəlsəydin...

    alıntı
0 0 0