Hekaye oxu - Hesret dolu hekayeler - Maraqli hekayeler - Tapmaca kimi Sonların hekayəsi - I hisse
Çox vaxt bilmədik eşq ağrısı çəkənlərimiz, eşqi ölçüb dartmağı. Eşq neçə cəsarət boyunda idi və neçə ömür qədər idi? Bilmək istəmədikmi, yaxud gedənlərin ardından gözyaşı tökmək dahamı asan idi? Bir bilməcədən fərqsiz idi bu eşq deyilən şey, onsuz da kimiləri onu buna görə itələyib qaxardı.
"Yer üzündəki cəhənnəmə inad yaradılmış hər bir zərrəsi,
Gerçəklər xəyal olar, üstünə düşər cənnətin kölgəsi,
Bilə bilməzsən, bu sevgilinin səsimi quş səsimi
Qanadlanaram mən hər Sevgililər Günündə
Görmək istəsən məni, gözləyəcəyəm səni o yerdə."
Sözlər ağızdan çıxarkən gizlənərdi bəzən. Sözdə qalsın istəməzdi kimiləri, ürəklə razılaşmaq idi belələrinin niyyəti. Ürək ürəyə toxunduğu vaxt, dodaqlar yalnız günahsız öpüşlər üçün danışardılar. Sözlər eyhamlara yelkən açardı. Avar çəkmək o dənizdə, heç asan deyildi əslində. Tək gözəl yanı, varılan nöqtə idi.
O nöqtəyə gerçək eşq deyərdi, yaxından tanıyanları.
"Burada olacağını bilirdim." dedi cavan, "İzmir bu mövsümdə çox gözəl olar."
"Quş Cənnəti isə hər mövsüm gözəldir." deyə tamamladı gənc qız, "Məni tapa bilməyinə sevindim." .
"Səni hər tapdığımda cənnətlik oluram mən. Təmizlənirəm günah olan hər şeydən."
"Cənnətlik ola bilmək üçünmü həll etdin yəni bilməcəni?"
"Sevərəm bilməcələri. Cənnəti sevdiyim kimi..."
"Mükafatını saxladım sinə qəfəsimə."
"Cənnətim, xoş gəldin ürəyimə."
Və bir sevgililər günündə daha həll edilmişdi eşqə dair sıravi bir bilməcə. O bilməcə sonrası İzmir, yenidən aşiq etmişdi bir cüt ürəyi daha bir-birinə.
Quş Cənnətində...
Soyuq divarlar ardında tökülürdü gözyaşları çarəsizliyə. Qələmin, həyatın içindəki ağrıları yazmağa doya bilməməsi də yığınla çarəsizlik yüzündən idi bəlkə də. Ayaz bir gecədə hansı tükənmişlik son verə bilərdi ki keçmişə? Sərdə kişilik olsa da fərq etməzdi, acı hər ürəkdə idi. Və bu gecə dünya ağlasa eşitməzdi cavan. Bütün üsyanı kor və sonsuz çarəsizlikdə idi.
"Mən ölsəm ağlarsanmı?" deyə soruşmuşdu gənc qız bir dəfə, barmağındakı nişan üzüyünə gülümsəyər bir halda.
"Cəhənnəmlik olaram." demişdi cavan, buğlu gözləri sevgilisində...
O günə bir toxundurma olmalı idi bu günlər hərhalda. Qarğış edə biləcəyi bəziləri olsaydı kaş ki. Ya da sırf qisasını ala biləcəyi bir şeylər... Qisasını al/götürərdi həyatdan sonsuz dəfə və həyat utanardı bəlkə də. Yaşamaq qədər çətin başqa bir şey varsa indi, o da sevdiyinə ikinci dəfə getmə deyə bilməmək idi. Eşq qəddar yüzünü ona göstərdiyi gündən bəri ən azılı düşməni idi nə də olsa. Halbuki nələr vəd etmişdi sevda, bir yaz günü, Quş Cənnətində ona. Cənnət harada olursa olsun həmişə farazimi görünəcəkdi gerçək eşqlərə? Belə eşqlərin tək gerçəyi, yaşayarkən dadılan cəhənnəm idimi yoxsa?