Kəlimeyi-Tevhidin fəzilətləri

Son güncelleme: 29.01.2013 22:20
  • Kəlimeyi-Tevhidin fəzilətləri

    La ilahə illallah Muhammədən Rasulullah.

    Sizin Tanrınız bir olan Allahdır. Ondan başqa heç bir Tanrı yoxdur. O, rəhmlidir, rahimdir. (Bəqərə 163)

    Ana bətnində sizə istədiyi surəti verən Odur. Ondan başqa heç bir Tanrı yoxdur. O, yenilməz qüvvət və hikmət sahibidir. (Əli İmran.6)

    Budur, Rəbbiniz Allah Odur. Ondan başqa heç bir Tanrı yoxdur. O, hər şeyin yaradıcısıdır. Elə isə Ona ibadət edin, O hər şeyə vəkildir (Enam.102)



    Müsəlmanın hər fürsətdə dediyi Söz-i Tövhidin fəziləti çoxdur. Hədis-i şəriflərdə buyurulur ki:

    * La ilahə illAllah deyən bəla və çətinliklərdən xilas olar. [Bəzzar]
    * La ilahə illAllahı çox söyləyərək imanımızı təzələyək! [Taberani]
    * Əməllərin qiymətlisi La ilahə illAllah deməkdir. [Hakim]
    * Zikrin [Allahı xatırlamanın] ən fəzilətlisi La ilahə illAllah deməkdir. [Nəsai]
    * La ilahə illAllah demək 99 bəlanı qabaqlayar. Bunun ən aşağısı çətinlikdir. [Deylemi]
    * Mənim və digər peyğəmbərlərin dediyi ən üstün şey, La ilahə illAllah sözüdür. [Tirmizi]
    * La ilahə illAllah deyənin günahları silinər, yerinə o qədər savab yazılar. [E.Yala]
    * La ilahə illAllah Cənnətin açarıdır. [Əhməd]
    * La ilahə illAllah deyən, sözündə sadiq isə, bütün günahları bağışlanar.) [Qəzali]
    * Ölüm halındakılara La ilahə illAllah deməsini təlqin edin, onları Cənnətlə də müjdələyin. Şeytanın insana ən yaxın olduğu an bu vaxtdır. [Əbu Nuaym]
    * Ağır xəstəni La ilahə illAllah deməyə məcbur etməyin, yalnız təlqin edin. [Darə Qutni]
    * Son sözü La ilahə illAllah olanın ruhu asan çıxar və o söz qiyamətdə ona nur olar. [Hakim]
    * La ilahə illAllah deyənə işlədiyi günahlardan ötəri kafir deməyin! Buna kafir deyənin özü kafir olar. [Buxari]
    * Gündə yüz dəfə La ilahə illAllah deyənin üzü qiyamətdə bütöv ay kimi parlayar. [Taberani]. 100-cü dəfə söyləyərkən "Muhammədun Rasulullah" əlavə etmək yaxşı olar. Tehvide görə oxunduqda "Muhamməd-rasulullah" deyilir.
    * İxlasla La ilahə illAllah deyən Cənnətə girər. İxlasla demək, deyəni haramlardan uzaqlaşdırmasıdır. [Taberani]
    * İxlas - qəlbdə Allah sevgisindən başqa şeyə yer buraxmamaq, başqa şeyləri təmizləmək deməkdir.
    * Hədis-i şəriflərdə buyuruldu ki: "Allahu-Təalanın birliyinə iman edib, şirk qoşmadan və İxlasla namazını qılıb, zəkat verəndən Allah razı olar". [İbni Macə]
    * İxlasla əməl edin! Allahu-Təala ancaq İxlasla edilən əməli qəbul edər. [Darə Qutni]
    * İbadətləri İxlas ilə et! İxlas ilə edilən az əməl, qiyamətdə sənə yetişər. [Əbu Nuaym]
    * Qırx gün İxlasla ibadət edəni, ürəyindən dilinə hikmət çeşməsi axar. [Ebuşşeyh]


    Alıntı..
#28.01.2013 00:58 0 0 0
  • Ellerin dert görmesin Meleğim...

    noimage
#29.01.2013 16:10 0 0 0
  • Samimi kalpden..teşekkür ederim canım Gülümcanım...güzel meleyim..Allah'ım yok yerden canına sağlık..uzun ömürler versin sana inşallah...
#29.01.2013 22:20 0 0 0