Üzünün dərisinə qulluq etmək üçün ən yaxşı vasitə maskalardır.
Dərinizin hər zaman gənc, təravətli qalması ücün müxtəlif maskalardan istifadə etmək lazımdır. Bunun ücün mütləq bahalı salonlara böyük pul və vaxt sərf etməyə ehtiyac yoxdur. Maskaları hazır şəkildə almaq və ev şəraitində hazırlamaq olar. Ev şəraitində maska hazırlayarkən əl altında olmayan məhsullardan ibarət çətin reseptlərə meyl göstərməyin. Onları hər soyuducuda olan adi məhsullardan da hazırlamaq mümkündür.
Məsələn:
Bir xörək qaşığı mayonezi və ya qatığı üzünüzə çəkin. Mayonez ağardıcı, qatıq isə qidalandırıcı effektə malikdir.
Genişlənmiş məsamələri aradan qaldırmaq üçün yumurta ağını üzünüzə çəkin və quruduqdan sonra yuyun.
Xiyarı əzib üzünüzə çəkin. Bu dərini qidalandırır, təravətləndirir və cavanlaşdırır.
Təzə yerkökünü kiçik gözlü sürtkəcdən keçirib mayonezlə qarışdırın. Bu maskadan sonra bir gün dəri xınayı rəngdə ləkələrlə örtülür. Lakin maska güclü cavanlaşdırıcı təsirə malikdir.
Bal və xama qarışığından hazırlanan maska dəriyə qidalandırıcı təsir göstərir. Xüsusilə quru dərilərə uyğundur.
Giləmeyvə qarışığından hazırlanmış maska ağardıcı və cavanlaşdırıcı təsir göstərir.
Yoqurt dərinin tonusunu yüksəldir. Üzünüzdə maska olarkən dincəlməyə çalışın. Maska altında üzün mimikalarını tez-tez dəyişmək əks təsirə malikdir.