Sevgi şeirleri - Hesret şeirleri - Ayrılıq şeirleri - Göz Yaşı şeirin oxu
Sənin uzaqlığından başqa bir yaxınlığın qoxusu gəlir.
Sənin olmadığın hər yerdə
Mənim sevgimin yuxusu gəlir.
Az qalıb yenidən tək qalmağıma
Ömrümün növbəti "yoxu”su gəlir.
İndi mən elə lal-dinməz gedirəm ki, ustad,
Sağ qalmış canımın sol tərəfinə,
Tanrının yox olmaq ağrısı gəlir.
Sən ki ağlamırsan, ustad
Sənin gözündən
Dünyanın "niyə"si, "nədən"i, "axı"sı gəlir...