Həzrət Əlinin (ə) Peyğəmbərə (s.ə.v.v) göndərdiyi salavat

Son güncelleme: 29.01.2013 23:49
  • Həzrət Əlinin (ə) Peyğəmbərə (s.ə.v.v) göndərdiyi salavat

    Həqiqətən Allah və Onun mələkləri peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər, ona salavat və salam göndərin.
    İlahi, Muhəmməd və ali Muhəmmədə salavat göndər. Muhəmməd və ali Muhəmmədə bərəkət göndər. Muhəmməd və ali Muhəmmədə təhənnün və məhəbbət göstər. Muhəmməd və ali Muhəmmədə salavat göndər, İbrahim və ali İbrahimə göndərdiyin ən uca və fəzilətli salam, bərəkət, rəhmət, təhənnün və salavat kimi.
    Həqiqətən sən həmid, məcidsən.
    İlahi, Muhəmmədə vəsilə, şərəf, fəzilət mənzilət əta et.
    İlahi, Muhəmməd və ali Muhəmmədi qiyamət günü məxluqatın ən əzəmətlisi və ən şərəflisi qərar ver. Özünə hamıdan daha müqərrəb və yaxın həmneşin qərar ver. Onları qiyamət günündə cah-cəlal cəhətdən hamıdan abırlı və vəcih qərar ver və mənzilət cəhətdən hamıdan fəzilətli qərar ver.
    İlahi, Muhəmmədən ən şərəfli məqamı əta et, ona salam xalatı və mükafatı, islam şəfaəti ver.
    İlahi, bizi də ona rüsvay olmadığımız və əhd sındırmadığımız həmçinin peşiman olmuş və məbudları dəyişmədiyimiz halda ona mülhəq et.

    Alıntı..
#29.01.2013 23:49 0 0 0