İş, Peşə və Sənətin vacibliyi - İşsizliyin zərəri

Son güncelleme:
  • İslamda işsizlik haqqında - İşsizliyin insana vurduğu zererler - Zehmetin faydaları


    [HR][/HR]

    Xilqət düzəni elə yəşkil eidlmişdir ki,onun varlığının əsasını

    hərəkət və fəaliyyət təşkil edir.Hər bir xilqətın davamı onun hərəkət və yaşamı ilə tənzim

    olunur.Allah-təala yaratdığı hər bir xilqəti onun varlığının şərait və vəziyyətinə münasib

    olan vasitələrlə təmin etmişdir.Hər bir xilqət həmin vasitələrlə öz varlığını üçün mənfəəti olan

    şeyləri cəlb və zərər olan şeyləri dəf edər.İnsan varlıq və xilqət aləminin ən mürəkkəb və

    heyrətamiz nümunəsi olaraq başqa məxluqatdan fərqli olaraq zəngin xüsusyyətlərə malikdir

    və onun ehtiyaclarının keyfiyyəti başqa varlıqlardan köklü şəkildə seçilir.Ona görə bəşər

    daha çox fəaliyyət göstərməyə möhtacdır.Bununla da insan həm öz çoxsaylı fərdi

    ehtiyaclarını ödəyir və həm də ailə təşkil edərək onun yaşamını təmin edir.İslam fitri və

    ilahi bir din olmaqla həmdə ictimai əsaslara söykənir.Buna görə insan üçün iş və fəaliyyəti

    önəmli və həyatı zərurət sayır.İşsiz və fəaliyyətsiz insanlar islama heç bir

    dəyərə malik deyil.

    İslamda hər bir fərd Allah tərəfindən ona bəxş edilmiş düşüncə və istedada uyğun müəyyən

    bir iş ,peşə və sənət seçməli,öz halal zəhmətinin bəhrəsi ilə özünə ruzi qazanmalı,ailə və

    icmanın yüklərini çiyinlərində daşıyaraq özünün ,ailənin və camaatın asudə yaşamı üçün

    çalışmalıdır.

    Qurani-kərimdə belə deyilir:

    -“İnsana ancaq öz zəhmətinin və səyinin bəhrəsi qalar.”(Nəcm:39)

    Peyğəmbərimiz Həzrəti-Məhəmmədin(s) çoxsaylı hədislərində iş və peşənin əhəmiyyəti

    vurğulanır. O Həzrət(s) ömrünün son anlarına kimi əlini işdən çəkməyib.İslamda tənbəllik və

    şsizlik qətiyyətlə rədd edilir.

    İşsizliyin zərəri:

    Deyilənlərdən bəlli olurki,iş və çalışma insan üçün

    həyatda səadətə yetişməyin düzgün yoludur.Əlbəttə,insan təbiət və xilqətin məcrasından

    çıxaraq azacıqda olsa sapınmalara yol versə, bu onun zərərinə tamamlanar.Deməli,həyat nizamının

    söykəndiyi əsas prinsipdən yayınmaq insanın dünya və axirətdə bədbəxtliyinə gətirib

    çıxarır.Peyğəmbəri-əkrəm(s) işsizliyə öyrəşərək öz həyatının yükünü və ağırlığını

    başqalarının çininə atmaq istəyənləri lənətləyib.

    Buna görə yeddinci imam(ə) belə buyurub:

    “İş və çaışma zamanı süstlük göstərmə və yorğunluğa qapılma yoxsa dünya və axirəti

    itirərsən.” Bu gün ictimai fəsadların böyük bir qismi işsizlikdən doğur.

    Cəmiyyətin iqtisadi və mədəni çərxlərini hərəkətdən saxlayan işsizlikdir.

    alıntı
0 0 0