Olsun şeri - Olsun şerin dinle
Mən səni sevəndə fikirləşdim ki,
Sevgim ürəyimdə uca dağ olsun
.Deyəsən aldandım, deməmişdim ki,
Sevgim o dağ qədər çox uzaq olsun.
Çicəktək bəslədim qəlbimdə səni,
Çiçəkçün gəzməyim çölü, çəməni,
Sevgini bar verən ağac biləni,
O çiçək ağacda min budaq olsun.
Çox gördün sən mənə bu məhəbbəti,
Sevindin, çəkdirib mənə həsrəti.
Taleyim veribmiş belə qisməti,
Talelə oynadın, canın sağ olsun.
Axı o sevgidir, ülvi diləkdir,
Harayın eşidən, təkcə ürəkdir.
Ürəklə oynamaq nəyə gərəkdir,
Ürəkdən çəkəsən, üzün ağ olsun.
Alıntı..