Kroket peçenyesi

Son güncelleme: 02.02.2013 02:42
  • Kroket peçenyesi terifi ve terkibi - Kroket peçenyesinin hazırlanışı

    noimage

    Tərkibi:

    150 q şəkər tozu
    2 ç.q. vanilli şəkər tozu
    50 q kərə yağı və ya marqarin
    1 yumurta
    5 x.q. süd
    11 q quru maya
    150 q kartof nişastası
    250-300 q un
    150 q qoz

    Mayanın üstünə isti süd və 1 ç.q. şəkər tozu tökün.
    Baratanın həcmi böyüməlidir.
    Qozu blenderdə xırdalayın. Əgər blender yoxdursa, bıçaqla da doğraya bilərsiniz.
    Qozu yağsız tavada azca qovurun.
    Yağı vanilli şəkər və şəkər tozu ilə çalın.
    Yumurta əlavə edin, qarışdırın.
    Gəlmiş baratanı əlavə edib qarışdırın.
    Qozu əlavə edib qarışdırın.
    Nişastanı əlavə edib qarışdırın.
    Un əlavə edin, xəmir yoğurun.
    Xəmiri paketə qoyub soyuducuda (buz dolabına qoymaq olmaz) 5 saat saxlayın.
    Xəmirdən qoz boyda kündələr tutun. Siniyə perqament döşəyin, yağlayın, kündələri üstünə düzün.
    180 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin.

    Nuş olsun..
#02.02.2013 02:42 0 0 0