Elza Seyidcahan - Allaha yazdığım məktublara cavab gəlir

Son güncelleme: 07.02.2013 06:47
  • Show Biznes xeberleri - Meşhurlar

    noimage


    “Mən hər gün Allaha məktub yazıram. O da məktublarıma hər zaman cavab verir”.

    Bunu Lent.az-a əməkdar artist Elza Seyidcahan deyib. Müğənni məktub yazmağa kiçik yaşlarından başladığını deyib: “Mən hələ çox balaca idim. Anam mənə bir dəftər almışdı. O dəftərdə Allaha məktub yazırdım. Hətta o məktubların bir neçəsini saxlamışam. Artıq düşünürəm ki, onları dənizə atmağın zamanı çatıb. Amma ürək edib ata bilmirəm. İnsanlara məsləhətim odur ki, dəftər tutsunlar, istəklərini yazsınlar. Allah da o məktuba cavab verəcək. Çünki, yaradanımız rəhimlidir.

    Qaynaq:Lent.az
#07.02.2013 06:47 0 0 0