Stressi aradan qaldıran bitki çayı resetləri

Son güncelleme: 11.02.2013 19:45
  • Stressi aradan nece qaldırmalı? - Stressi aradan qaldıran bitki çayı resetləri

    Bitki elmi və kosmetoloq mütəxəssisi Pərvin Bulgak, baharla birlikdə canlanan bədənimizi metropol həyatının gətirdiyi stressdən təmizləmək və maddələr mübadiləsini sürətləndirmək üçün bitki çaylarının möcüzələrindən faydalanmağı təklif edir.

    Pərvin Bulgakın evdə asanlıqla hazırlayacağınız çay tərifləriylə stressdən uzaq, gözəl və bahar səhərlərinə keflə oyanmaq mümkün olacaq.

    Stressi aradan qaldıran və maddələr mübadiləsini sürətləndirən bitki çayının tərifləri...

    Stress Aradan qaldırıcı çay

    Vəsaitlər:


    1 ədəd limon
    1 çay qaşığı kəklik
    1 çay qaşığı lavanta otu
    1 yemək qaşığı nanə
    1 çay qaşığı bal

    Hazırlanması:

    Limonun qabığı rəndələnir. Rəndələnilmiş qabıqlar nanə, lavanta və kəkliklə qarışdırılır.Bu qarışıq əvvəldən qaynadılmış 1/2 litr suyun içində 15 dəqiqə dəmlənməlidir,sonradan süzülür.İçilmədən əvvəl bal əlavə edilir.

    Qeyd: Bu çay istəkdən asılı olaraq gündə 2-3 stəkan içilə bilər.

    Maddələr mübadiləsi sürətləndirən Çaylar;

    Vəsaitlər:


    3 ədəd limon
    2 ədəd portağal
    4 stəkan su
    3 yemək qaşığı bal

    Hazırlanması:

    Limon və portağal qabıqları ilə birgə incə incə doğranır. İşi su ilə dolu olan qabın içinə atılır və 15 dəqiqə qaynadılır. Qaynama bitdikdən sonra süzülür və soyuduqdan sonra içinə bal əlavə edilir və qarışdırılar.

    Qeyd: Əldə edilən qarışıq hər yeməkdən sonra 1 stəkan içilməlidir.

    Vəsaitlər:


    4-5 ədəd quru ərik
    1/2 çay stəkanı adaçayı
    1/2 çay stəkanı çobanyastığı
    1/4 çay stəkanı lavanta
    1 çay stəkanı fındıq yarpağı

    Hazırlanması:

    Ərik doğranır və 1 litr su qaynadılır. Qaynamış suya hazırlanan qarışıq və digər bitkilər əlavə edilir və üzəri bağlanaraq 20 dəqiqə dəmlənməyə qoyulur.Dəmləndikdən sonra çay süzülür.

    Qeyd: Əldə edilən maye gündə 3 dəfə yeməklərdən sonra içilməlidir.

    Alıntı..
#11.02.2013 19:45 0 0 0