Tarixin ən qısa hekayələri

Son güncelleme: 12.02.2013 00:19
  • Tarixin ən qısa hekayələrin dinle

    1.Hemenqueydən ən təsirli qısa hekayə yazmasını istədilər.Elə bir hekayə ki,hər kəsin ürəyinə işləsin.O bircə cümlə yazdı:

    “Uşaq çəkmələri satılır.Geyinilməmiş”

    2.O.Henri ən qısa hekayə nominasiyasında həm başlanğıcı,həm

    kulminasiya və həm də sonu olan hekayə ilə qalib gəldi:

    “Sürücü siqaret çəkdiyi yerdə əyilib benzin bakına baxdı ki,görsün benzin çoxmu qalıb.Rəhmətliyin 23 yaşı vardi”

    3.Fredirik Braun ən qorxulu qısa hekayə yazdı:

    “Yer kürəsinin sonuncu adamı otaqda oturmuşdu.Birdən qapı döyüldü...”

    4.İngilislərin təşkil etdiyi ən qısa hekayə nominasiyası fərqliliyi ilə seçilirdi-hekayədə kraliça,sirr,seks,Allah sözləri istifadə olunmalı idi.Birinci yeri belə bir hekayə tutdu:

    "İlahi,-kraliça dedi,-mən hamiləyəm və bilmirəm kimdən!”

    5.Ən qısa avrobioqrafiya nominasiyasında bir fransız qadın qalib gəldi:

    “Əvvəl mənim sifətim hamar,yubkam əızik olardı,indi isə əksinə”

    Və ardında bəzi qısa hekayələr...

    Ulduzlu gecə.Ən yaxşı zamandır.Şam işığında yemək.Rahat italyan mətbəxi.Qısa qara paltar.Gözəl saçlar,parıltılı gözlər,səmimi təbəssüm.İki ildir birlikdəyik.Həyatımızın ən gözəl dövrü.Əsl sevgi,əsl dost,başqa heç kim!

    Şampan.Evlilik təklifi edirəm.Dizlərim üstə.Hamı baxır?Baxsınlar.Brilyant üzük,yanaqlarda qızartı,cazibədar təbəssüm.

    Necə yəni Yox?!!!

    Yardım fondundan aldığı odeyal elə isti və yumşaq idi ki.Elə bu gün zibillikdən tapdığı çəkmə də ayağını sıxmırdı.Küçə işıqları qışın qaranlıq soyuğunda onun qəlbini də işıqlandırır və isidirdi.Oturduğu skamyanın taxtaları onun əyilmiş kürəyinə elə tanış,elə doğma idi ki.

    ”Şükür sənə ilahi,-deyə o düşündü,-həyat doğrudan da gözəldir!”

    İki oğlan uzaqlaşan şeytanın arxasınca baxırdı.

    -Bura bax,o səndən nə istəyirdi?

    -Mənim ruhumu.Bəs səndən?

    -Avtomat telefon üçün qəpik.Ona təcili zəng etmək lazım idi.

    -İstəyirsən gedək yemək yeyək?

    -İstəyirəm,amma mənim bir qəpiyim də yoxdur.

    -Eybi yox.Mənim çoxdur.

    Mən bütün bədənimi əhatə edən ağrıdan ayıldım.Gözlərimi açdım və tibb bacısını gördüm.

    -Cənab,-o dedi,-sizin bəxtiniz gətirib.İki gün əvvəl Xirosimaya atılan bombadan sağ çıxmaq qismət olub.İndi siz hospitaldasınız və sizin həyatınız üçün heç bir təhlükə yoxdur.

    -Hardayam?

    -Naqasakidə.

    Nəhayər ucqar bir kənddə onun axtarışları sona çatdı.Daxmanın küncündə,ocaq başında Həqiqət oturmuşdu.O heç vaxt bu qədər eybəcər,bu qədər qoca bir qadın görməmişdi.

    -Siz Həqiqətsiniz?

    Qırış sifətində təntənəli təbəssümlə qarı başını tərpətdi.

    -Bəs onda deyin mən dünyaya sizin haqda nə deyim?Hansı məlumatı çatdırım?

    -Onlara de ki,mən gənc və gözələm!

    Alıntı..
#12.02.2013 00:19 0 0 0