Portağal tortu

Son güncelleme: 12.02.2013 01:34
  • Portağal tortu terifi ve terkibi - Portağal tortun hazırlanması

    noimage

    Tərkibi:

    biskvit:
    2 portağal
    500 q şəkər tozu
    150 q un
    1/2 x.q. qabartma tozu
    150 q badam
    2 x.q. xaş-xaş
    3 yumurta

    krem:
    4 yumurta
    1 limon
    1 portağal
    100 q şəkər tozu
    100 q kərə yağı

    2 portağalı yuyun, qabığını təmizləmədən nazik halqalara doğrayın.

    Qazanda 400 ml su qızdırın, 350 q şəkər tozu əlavə edin.

    Portağalı bu şərbətə salın və qabığı yumşalanadək (bıçaq asanlıqla batarsa) bişirin. Ocaqdan götürüb soyudun.

    Sinini yağlayın, portağalın ən qəşəng dilimlərini içinə düzün.

    Digər dilimləri şərbətdən çıxarın, şərbəti süzün.

    100 q portağalı blenderdə şərbətlə eynicinsli kütlə alınanadək çalın.

    Yumurtaları 150 q şəkər tozu ilə təxminən 5 dəqiqə, kreməbənzər hala gələnədək çalın.

    Portağal püresini əlavə edin, səliqə ilə qarışdırın.

    Badamı blenderdən keçirin.

    Un, badam, qabartma tozu və xaş-xaşı qarışdırın.

    Yumurtalı-portağallı qarışığı una əlavə edib qarışdırın.

    Alınan xəmiri sinidəki portağalların üzərinə tökün. Qızdırılmış sobada 30-45 dəqiqə bişirin. Hazır olub-olmadığını kibrit və ya diş çöpüylə yoxlayın. Biskvit hazır olanda sobadan çıxarın, soyudun, iki təbəqəyə bölün (tortun altı - portağal dilimlər olan tərəfi - üstə qoyulacaq).

    Portağalın və limonun qabığını sürtgəcdən keçirin.

    1 portağalın və 1 limonun şirəsini sıxın.

    Yumurtaları portağal və limon şirəsi ilə çalın, odadavamlı qaba (qazana) tökün.

    Şəkər tozu, yağ, portağal və limon sedrası əlavə edin.

    Qabı «su hamamı»na qoyun. Qarışdıraraq vam odda, qatılaşanadək bişirin. Krem qaşığa yapışanda, deməli, hazırdır. Bu, təxminən 30 dəqiqə vaxt aparacaq.

    Alt qatdakı korjun üzərinə krem çəkin. O biri korju, portağal dilimləri üstdə olmaqla üzərinə qoyun.

    Bir neçə saat soyuducuda saxlayın.

    Nuş olsun...
#12.02.2013 01:34 0 0 0