200 q kərə yağı və ya marqarin
200 q şəkər tozu
2 ç.q. vanilli şəkər
2 yumurta
400-450 q un
1 ç.q. qabartma tozu (və ya 0,5 ç.q. söndürülmüş soda)
4 x.q. kakao
Yağı vanil və şəkərlə çalın.
Yumurta əlavə edin, qarışdırın.
Un və qabartma tozu əlavə edib xəmir yoğurun.
Xəmiri iki yerə bölün, bir hissəsinə kakao əlavə edin, qarışdırın.
Açıq rəngli xəmiri kvadrat şəklində yayın.
Kakaolu xəmiri də eyni boyda yaymaq lazımdır. Bünün üçün ağ xəmirdən yaydığınız kvadrat boyda folqa kəsin, kakaolu xəmiri də onun üstündə yayın.
Kakaolu xəmiri açıq rəngli xəmirin üzərinə qoyun (folqalı hissəsindən tutub o biri xəmirin üstünə tərs çevirin).
Folqanı götürün.
Rulet kimi bükün. Dondurucuda 10-15 dəqiqə saxlayın ki, xəmir azca bərkisin və onu doğramaq asan olsun.
Ruleti 1 sm enində dilimlərə doğrayın. Sininin içinə perqament döşəyib yağlayın. Peçenyeləri düzün.
180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin.