500 q qatı xama (20%-li)
400 ml süd
150 q şəkər tozu
3 yumurtanın sarısı
vanil budağı, yaxud 2 ç.q. vanilli şəkər
25 q jelatin
Jelatini 150 ml soyuq qaynadılmış suda isladın. Qablaşdırmanın üzərində yazılan müddət qədər saxlayın. Südü otaq temperaturunadək qızdırın. Yumurta sarılarını şəkər tozu ilə çalın. İsti süd əlavə edin, qarışdırın. Bu kütləni su hamamına qoyub qatılaşanadək qızdırın (təxminən 30 dəqiqə). Vanil budağını kəsin, toxumlarını çıxarın. Yumurtalı kütləyə vanil əlavə edin (əgər vanil budağı yoxdursa, vanilli şəkəri əlavə edə bilərsiniz). Jelatini əlavə edin, o əriyənədək kütləni qızdırın. Ocaqdan götürün. Bir az soyudun. Xama ilə qarışdırın. Deserti kremankalara paylayın, 3-4 saat soyuducuda saxlayın.