Bəzən içimdən bir hiss qayıt deyir, qayıt o sevdiyin ürəyə, qayıt o sevdiyin adama...
Sonra ağlıma keçmiş gəlir.
İndi çox darıxsam da, xatırladıqca keçmişə qayıda bilmirəm...
Bu qədər necə qıra bildin ürəyimi, ağlım almır. Bir insan niyə sevdiyində, belə sevildiyini o qədər pisliyi edər, düşünsəm də anlamıram.
Əlbəttə gözəl günlərimiz də oldu, hamısına pis demək nankorluq olar.
Səni elə sırf və ən saf halıyla sevərkən, qıra-qıra indiki halına çevirdiyi ürəyimlə görməyi öyrəndim səni və heç bir şey içimi bu qədər ağrıtmazdı.
Dümdüz sandığın bir yolun, birdən uçurumla bitməsi kimidir... Ailən sandığın insanların, əslində heç tanımadığın insanlar olduğunu öyrənmək kimidir...
Ümid etmədiyi və gözləmədiyi hər nə varsa həyatda, hamısını üst-üstə qoy, hamısını bir anda qarşında tapmaq kimidir...Ailən sandığın insanların, əslində heç tanımadığın insanlar olduğunu öyrənmək kimidir...
Ümid etmədiyi və gözləmədiyi hər nə varsa həyatda, hamısını üst-üstə qoy, hamısını bir anda qarşında tapmaq kimidir...
Həyatımın ən acı anıdır, səni həqiqətən görmək.
Bütün çılpaqlıqlarına , o pis üzünü gördüyüm gün, bütün xəyanətlərindən , küslüklərimizdə n və mənə etdiyin o qədər acı şeydən daha çox ağrıtmışdır ürəyimi...
Əslində var olmayan, amma gözümdə elə biri olan bir adamı illər boyu sevdiyimi anlamış olmaq...
Ah bilə bilməzsən! Son sürətlə gedən bir avtomobillə divara vurmaq kimi və ən çox özünə hirslənmək gecələr boyu...
Sənin sən olmadığımı anladığımda, yəni bir xəyala aşiq olub bütün bir ömrü keçirdiyimizi fərq etdiyimdə, sifətimə bir yumruq kimi dəydi gerçəklər.
İndi o günlərin həsrətini çəkirəm, hamısının yalan olduğunu bilə-bilə və indi nə qədər darıxsam da, qayıda bilmirəm sənin o qaranlıq gözlərinə...