Soyuq havaların faydaları nədir?

Son güncelleme: 17.02.2013 23:36
  • Sağlam heyat terzi

    Tibb soyuq hava, qar və buzdan bəzi xəstəliklərin müalicasində istifadə edilyini təsdiqləyib. Belə ki, soyuq havanın bir çoxlarının bilmədiyi faydalar bunlardır:

    Dəridəki ləkələri aparır
    Buz dəridəki ləkələri, doğuşdan sonra qalan izləri və yanıq ləkəsini aparır. Xüsusi bir aparatla buz parçalarını dərinin alt təbəqələrinə yerləşdirirlər. Beləcə o dəri təbəqəsinin öz-özünü yeniləməsini təmin edir və ləkələr yox olur. Bu üsul gözəllik mərkəzlərində tətbiq olunur.

    Baş ağrılarına qarşı
    Mütəxəssislər, soyuq havanın baş ağrılarına yaxşı təsir etdiyini deyir. Başınızda ağrı hiss etdiyiniz zaman buz parçasını həmin hissəyə qoyun. Buz həssas olan sinirləri yumşaldıb sakitləşdirir. Bundan başqa, yanağa qoyulan kiçik buz parçası diş ağrılarını da azalda bilir.

    Saçları canlandırır
    Tökülən saçların yenidən çıxması üçün başınıza 0 dərəcə hazırlanmış buz parçası yerləşdirin. Mütəxəssislər baş dərisindəki damarların büzüldüyünü və saç köklərinin möhkəmləndiyini deyir.

    Ağrıları azaldır
    “Kriyoterapi” (buz müalicəsi) ilə bədəndəki müxtəlif revmatizma və başqa ağrıları azalda bilir. Çünki soyuq, damarları sıxlaşdırır və hər cür ağrıları yox edir. Bunu təkcə xəstəxana şəraitinə deyil, evdə də tətbiq etmək olar.

    Metabolizmanı hərəkətə gətirir
    Avropanın qərb bölgələrində 110 dərəcə olan soyuq otaqlar xəstələr üçün istifadə edilir. Xəstələr 2 dəqiqə otaqlarda qalır. Bu üsul ürək xəstəlikləri olan insanlara yaxşı təsir edir (allergiyası olanlar xaric).

    Alıntı..
#17.02.2013 23:36 0 0 0