Limon qabığının bilinməyən faydaları

Son güncelleme: 22.02.2013 22:27
  • Limon qabığı - Limon qabığının faydası - Limonun sağlamlığımzda rolu

    noimage

    Araşdırmalar göstərir ki, limon sakitləşdirici təsirə malikdir. Limon yorğunluğu aradan qaldırır, sinirlərə yaxşı təsir edir. Antibakteriya və antiviral xüsusiyyətləri təsdiqlənmiş limon ağızdakı bakteriyaları öldürür. Soyuqdəymə və qripə qarşı da yaxşı təsir edir. Qrip semptonlarının azalmasını təmin edir.

    Limon: Başda C vitamini olmaqla, A və B vitaminləri ilə də zəngindir.

    Limon həmçinin iştahı qaldırmağa malikdir.

    Limon qanı təmizləyir və qan dövranını yaxşılaşdırır.

    Bədəndəki ağrıları azaldır və qızdırmanı aşağı salır.

    Limon sızanaqları da azalda bilir.

    Limonu salatlrada və çayla birlikdə yemək olar. Limonun qabıq və çiçəklərindən də istifadə etmək olar. Qabıqları qaynadılıb içdikdə bədən enerjisini bərpa edir və gümrahlıq gətirir.

    Bədəndəki qurdları da tökməyə yardım edir.

    Limon suyu ilə qarqara etmək boğaz və ağız iltihabınının qarşısını alır.

    Vanna qəbul edən zaman suyun içinə limon suyu sıxmaq bədəni qüvvətləndirir və qan dövranını yaxşılaşdırır.

    Tərkibindəki turşu ilə infeksiyalarla mübarizə aparır.

    İnfarkt, ürək-damar narahatlıqları və xərçəng kimi xəstəliklərdən bədəni qoruyan antioksidantdır.

    Təzyiqi aşağı salır və yaxşı xolesterolu artırır.

    Yoğun bağırsaq, prostat xərçənglərini azaldan anti-kanserogen qidadır. Hüceyrələrdəki maddələr mübadiləsi problemlərini aradan qaldırır və bu sayədə xərçəngin yaranmasının qarşısını alır.

    Limon suyu dəriyə parlaqlıq qazandırır.

    Bir neçə damcı limon suyunu isti suya əlavə edib içdikdə həzm sistemi problemlərinə yaxşı təsir edir və qaraciyəri təmizləyir.

    Günəş altında qurudulmuş və üyüdülmüş limon qabığı saçlara tətbiq edildiyində bədəni sərinləşdirir və baş ağrısını kəsir.

    Limon suyu saçların rəngini açır və dərini bəyazlaşdırır.

    Sidik yollarında müşahidə olunan infeksiyalara qarşı təsirlidir.

    Bəzi böcək və ağcaqanadların sancdığı bölgələrdə padzəhər vəzifəsini icra edir və ağrını kəsir.

    Qalın bağırsaq ağrısı və qastrit problemlərinə yaxşı təsir göstərir.

    Çox az miqdada qliserin ilə tətbiq edildiyində limon suyu quru dəriyə müsbət təsir göstərir.

    Limon suyu dəniz məhsulları və ət üzərinə sıxıldıqda bakteriyaları öldürür. Bu sayədə həzm sistemi problemlərinin qarşısını alır.

    Limon suyuna əlavə edilən bir damcı duz hər səhər qəbul edildikdə xolesterolu azaldır və arıqladır.

    Limon suyu susuzluq və ishala qarşı təsirlidir.

    Limon suyu qarqara etmək üçün də istifadə edilir. Kirəcləri təmizləyir və diş minasını gücləndirir.

    Hər gün bir yemək qaşığı limon suyu astmaya yaxşı təsir edir.

    Dəridə olan qaşıntılara müsbət təsir göstərir.

    Limon suyu kəpək və yağlı saçlar üçün möcüzəli təsir göstərir.

    Üzə tətbiq edilən limon suyu qırışıqları gərginləşdirir və dərini canlandırır.

    Limon suyu sümük əriməsinin qarşısını alır.

    Alıntı..
#22.02.2013 22:27 0 0 0