Bürcə görə sevgililər 2013

Son güncelleme: 22.02.2013 22:48
  • Bürcler - Bürce görə sevgililər nece olmalıdır?

    QOÇ:
    Əgər bu bürcdən biriylə uzun müddətli xoşbəxt bir münasibət yaşamağı planlayırsınızsa, hər an hər şeyə hazır olmalısınız. Təkrarlanan bir münasibət gözləmək böyük bir səhv olar.

    BUĞA:
    Müddət heç əhəmiyyətli deyil. Siz istəməsəniz də o, sizi həyatının eşqi olaraq görmübsə sonuna qədər israrcı olacaq, münasibətdə olduğunuz müddətdəd ə sizi məmnun etmək üçün əlindən gələn hər şeyi edəcək.

    ƏKİZLƏR:
    Əkizlər bürcü rahat bir bürcdür. Onunla danışanda evlilikdən danışsanız sıxılar. O vaxtı gələndə sizinlə bu mövzuda danışacaq.

    XƏRÇƏNG:
    Sevgi dolu, şəfqətli, eyni zamanda ehtiraslı olan xərçənglər,çox romantik və aşiq olduqları zaman diqqətli və çoox həssas olurlar. Qırılmaqdan çox qorxarlar, bu səbəblə sevgililərinə ürəklərinin qapılarını açmaqda çətinlik çəkərlər.

    ŞİR:
    Qarşı cins üçün çox cazibədar, romantik və asan aşiq olan insanlardır.Şir bürcü insanı, partnyorlarından ancaq pozitivlik gözləyər..Sevgi krallığına ancaq o vaxt qəbul edilərsiniz.

    QIZ:
    Eşq həyatları üçün xəyallarında çəkdikləri biri vardır və o xüsusi insanı tapana qədər gözləyərlər. Bu xüsusi adam ilə qarşılaşdıqdan sonra isə özlərini ona həsr edərlər.

    TƏRƏZİ:
    Eşqə aşiq tərəzilərlə buludların üstünə çıxmağa hazır olun!
    Doğru partnyoru tapdıqları zaman, həyat onlar üçün məna qazanar və hər şey əla görsənər.

    ƏQRƏB:
    Dolu dolu bir eşq yaşamaq istəyər. Duyğularını, arzularını başqaları ilə paylaşmaqdan zövq alarlar. Onun gözlərinə bir dəfə yaxalandığınızda bir daha ayıra bilməzsiniz.

    OXATAN:
    Sevgi yerinə oturduqdan sonra duyğularını saxlamaq onlar üçün olduqca çətindir. Qəti olan bir şey varsa, o da yoldaşınız bir Oxatandırsa, həyatınızın əsla sıravi olmayacağıdır.

    OĞLAQ:
    Güvənə söykənən bir əlaqələri olduğuna inansalar da ehtiraslı və sevimli olurlar.Uzun olmasada bu birlikdəlik müvəffəqiyyətli ola bilər.

    DOLÇA:
    Gərəksiz səmimiyyətlərdən xoşlanmayan kəslərdir.Xarici görünüş çox veclərinə olmaz. Onlar ancaq zəkalarını ovlayan insanların arxasından ayrılmazlar.

    BALIQ:
    Duyduqları sevgiylə bəzən kor olar və partnyorlarının səhvlərini görə bilməzlər. Gərçək sevgilini axtarmaqdan heç vaxt imtina etməzlər.
#22.02.2013 22:48 0 0 0