İnsanları yaxşılığa necə dəvət edək?

Son güncelleme: 22.02.2013 23:01
  • İslamda insanların yaxşılığı - İnsanları həqiqətə müxtəlif yollarla çağırmaq olarmı?

    1. Bir çox ayələrdə buyurulduğu kimi, əsas də`vət yollarından biri sözlə (dillə) də`vətdir.
    2. Əməli də`vət. Qur`an “libasını təmizlə” buyurur. Yə`ni insan əvvəlcə özünü təmizləməlidir.
    3. Birbaşa də`vət. Qur`an “xoş danışın, namaz qılın, zəkat verin”, deyə əmr edir. İnsanları birbaşa da haqqa çağırmaq olar.
    4. Dolayı də`vət. İnsanlara Qur`andan əhvalatlar danışmaqla onlara doğru yolu göstərmək olar. Məsələn, qardaşlarının, oyun bəhanəsi ilə Yusifi aldadıb quyuya atdıqlarından xəbərdar olan həmsöhbətiniz başa düşər ki, düşmənlər insanı idman pərdəsi altında yolundan azdıra bilər.
    5. Ümumi də`vət. Allah öz peyğəmbərinə bütün xalqı də`vət etməyi buyurmuşdur.
    6. Xüsusi də`vət. Peyğəmbərlər öz ailələrini doğru yola də`vət edirdilər.
    7. Qohumları də`vət.
    8. Həmvətənləri də`vət.
    9. Bəşəriyyəti də`vət.
    Bəli, mərcan gəzən üzgüçü, ova çıxmış balıqçı dənizin bir nöqtəsində durub qalmamalı, böyük qazanc istəyində olan tacir dükanda çeşidləri artırmalıdır.

    Alıntı..
#22.02.2013 23:01 0 0 0