Sabah yağışlı hava gözlənilir

Son güncelleme: 24.02.2013 23:56
  • Xeberler - Sosial xeberler

    noimage

    Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və axşam bəzi yerlərdə yağıntı olması ehtimalı var.



    Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, temperatur gecə 3-5 dərəcə, gündüz 7-10 dərəcə olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 millimetr civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək. turunun gecə 3-6, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.



    Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

    Qaynaq:Lent.az
#24.02.2013 23:56 0 0 0