“Bəziləri qazandığı pulu ailəsinə, kimisi sevgilisinə, kimisi də gəzdiyi oğlana xərcləyir”. Bunu Lent .az-a açıqlamasında müğənni Nadir Qafarzadə deyib. O, bəzi həmkarlarının qazandıqları pulu səmərəli yerə xərcləmədiklərini söyləyib: “ Diqqət edirəm, şou-biznesdəki əksər sənətçilər pullarını lazımsız yerlərə xərcləyirlər. Mənsə İstanbul aeroportunun yaxınlığında, “Bağçalar” deyilən bir yerdə özümə ev aldım. Halal, toylarda oxuyub, zəhmətimlə qazandığım pullarla. Allah yetirdiyi ruzini ailəmə və sənətimə xərclədim. Məndən fərqli olaraq, həmkarlarımın əksəriyyəti, qazandıqları pulları sənətə ailəyə yox, başqa yerlərə xərcləyirlər”.