Həzrət Əli (ə) buyurur:
Büdrəməmək üçün əvvəlcə düşün, sonra danış.
Həzrət Əli (ə) buyurur:
Az tapılır ki, insan qarınqulu olduğu halda, xəstələnməsin.
Həzrət Əli (ə) buyurur:
Hər kəsin dəyəri onun biliyi qədərindədir.
İmam Sadiq (ə) buyurur:
Başqasının sirri üzərindən pərdəni götürənin öz evinin sirləri aşkar olar.
İmam Sadiq (ə) buyurur:
“Oardaşına quyu qazan özü düşər.
İmam Sadiq (ə) buyurur:
Qadınlarınızın pak qalması üçün gözünüzü xalqın namusundan çəkin.
İmam Sadiq (ə) buyurur:
Mömin başqaları ilə keçinir və əsla kimsə ilə didişmir.
İmam Sadiq (ə) buyurur:
Dolanışıqda orta həddi gözləyən şəxs heç vaxt fəqir olmaz.
Həzrət Əli (ə) buyurur:
Çox vaxt bir saatlıq şəhvət ləzzətindən uzun qəm-qüssə yaranır.
Həzrət Əli (ə) buyurur:
Özünü islah etməyən şəxs başqasını necə islah edə bilər?!
Həzrət Əli (ə) buyurur:
Qəlbini dünya məhəbbəti tutan kəs Allah sevgisini necə iddia edə bilər?!
Həzrət Əli (ə) buyurur:
Nadanlığın sübutu üçün insanın özündən razı olmağı yetər.
Həzrət Əli (ə) buyurur:
Hədsiz zarafat abır-həyanı aradan aparır və düşmənçiliyə səbəb olur.
Həzrət Əli (ə) buyurur:
Hədsiz zarafat axmaqlıq nişanəsidir.
Həzrət Əli (ə) buyurur:
Kömək etdiyin kimi kömək görərsən.
Həzrət Əli (ə) buyurur:
Axirəti üçün sədəqə verməyənlərə dünyanın heç bir faydası yoxdur.
Həzrət Əli (ə) buyurur:
Çox gülənin qəlbi ölər.
Həzrət Əli (ə) buyurur:
Başqalarının eyblərindən danışan kəs əvvəlcə öz eyblərindən başlamalıdır.
Həzrət Məhəmməd (s) buyurur:
Özün üçün bəyənmədiyini başqaları üçün bəyənmə. Özün üçün istədiyini qardaşın üçün də istə.
Həzrət Məhəmməd (s) buyurur:
Xalqın ən dəyərlisi faydasız işdən uzaqlaşan kəsdir.
İmam Həsən (ə) buyurur:
Kərəm odur ki, sənə ağız açılmamış əta edəsən.
İmam Həsən (ə) buyurur:
Gözlərin ən üstünü xeyir işlərdə çalışan gözlərdir.
İmam Həsən (ə) buyurur:
Özündən razı olmaq sizin nəsihət qəbul etməyinizə mane olur.
İmam Həsən (ə) buyurur:
İbrətlərdən nəsihət alın və keçmişdəkilərin başlarına gələnlərdən ibrətlənin.
İmam Həsən (ə) buyurur:
Dünya və axirət ağıl və düşüncə ilə əldə edilər.
İmam Həsən (ə) buyurur:
Xoş xasiyyət qədər başqa heç bir şey həyatı şirin etmir.
İmam Həsən (ə) buyurur:
Elminizi başqalarına öyrədin və başqalarının elmini öyrənin.
İmam Həsən (ə) buyurur:
Ağılın kamilliyi xalqla xoş münasibətdə olmaqdır.
Həzrət Məhəmməd (s) buyurur:
Xoş o kəsin halına ki, öz eyblərinə məşğul olduğuna görə, möminlərdə eyb axtarmaqdan uzaqdır.
Həzrət Məhəmməd (s) buyurur:
Bilmədən bir iş görən şəxsin xarab etdiyi düzəltdiyindən çox olar.
Həzrət Məhəmməd (s) buyurur:
Hər kəs başqasının pis işini başqalarına bildirsə, özü o işi görmüş kimidir.
Həzrət Məhəmməd (s) buyurur:
İsrafçılıq yaxşı deyildir, amma yaxşı işdə israf yoxdur.