Yerfindığının faydası - Yerfindığının 15 faydası haqqında
İmtina edə bilmədiyimiz bir çərəz,şirniyyatlara ləzzət qatan bir dad.Eyni zamanda mükəmməl bir sağlamlıq anbarı.Öd daşının qarşısını almaqdan,cinsi gücü artırmağa bir çox xəstəliyə yaxşı təsir edir.
Bitki krallığında zəngin bir zülal qaynağı olan yerfındığı,sağlamlığa inanılmaz faydalıdır. Ayrıca çiy, qaynadılmış,qovrulmuş olaraq yediyimiz yerfındığının yağı və əzməsi də çox dadlıdır.
Yerfindığının 15 inanılmaz faydası ilə siz də tanış olun
1.Həftədə 30 qram yer fındığı və ya yer fındığı yağı yemək,ortalama 25% nisbətində öd daşı meydana gəlmə riskinin qarşısını alır.
2.Diyetə uyğundur.30 qramında 160 kalori var.Sizə çox görünsə də əslində uzun müddət tox tutması və lifli olması baxımından diyet edənlər üçün uyğun bir çərəzdir.
3.Serotonin istehsalında təsirli rol oynayan amin turşularını saxlamasıyla,depressiyaya yaxşı təsir edir.
4.Qastrit,mədə yanması və turşuması şikayətlərini azaldır.
5.Qandakı şəkər nisbətini nizamladığı üçün şəkər xəstələrinə faydalıdır.
6.Məmə,prostat və qalın bağırsaq xərçəngi başda olmaqla xərçəngə qarşı qoruyucudur.
7.Zehni və bədən yorğunluğunu aradan qaldırar.
8.Əzələlərin və sümüklərin güclənməsini təmin edər.
9.Yerfındığı yağı qəbizliyə yaxşı təsir edir.
10.İmmunitet sistemini gücləndirir.
11.Cinsi gücü artırır.
12.Yaddaşı möhkəmləndirir.
13.Bədənə enerji və qüvvət verir.
14.Ürək sağlamlığına yaxşı təsir edir.
15.Qandakı xolesterol nisbətini salaraq ürək və damar xəstəlikləri riskini azaldır.