Azəri Günel Nadir Qafarzadənin ittihamlarını cavablandırıb. Lent .az-a açıqlama verən müğənni həmkarının onun barəsində danışmasını qadağan edib: “Başa düşə bilmirəm ki, bu sənətçilər mənə nə veriblər, ala bilmirlər? İndi də Nadir Qafarzadə haqqımda ittihamlar söyləyib. Elə bilir susacam? Susanda, elə bilirlər ki, qorxuram, heç kimdən qorxmuram. Nə deyirsən, ay Nadir? Artıq yetər. Boğaza yığılmışam. Mənim heç kimlə işim yoxdur. Bəsdir, haqqımda danışdınız. Gördüyüm işin yarım faizini etməyənlər, indi yekə-yekə danışırlar. Mənə Türkiyədə heç belə münasibət göstərmirlər. Sonda demək istəyirəm ki, danışdıqlarına diqqət etsinlər.
Daha sonra Günel plastik əməliyyat keçirən kişi sənətçilərindən də söz açıb. O, belələrini kişi saymadığını söyləyib. “Mən heç bəzənməyə vaxt tapmıram. Amma bunlar... Kişi də qaşın alar? Onlara salam da vermək istəmirəm...”
Qeyd edək ki, müğənni Nadir Qafarzadə Lent .az-a açıqlamasında “Yazıq Azəri Günel illərdir, qardaş ölkənin şou bazarına qatılıb, ancaq elə bil Türkiyə şou-biznesi bir çevrə, Günel də çevrədən ayrı durmuş bir insandır. O, çevrənin içərisinə illərdir, girə bilməyib. Sadəcə, kənardan sakit-sakit Türkiyə şou-biznesinə baxır”, söyləyib.