Şəhid oldu, ölmədi

Son güncelleme: 26.02.2013 08:32
  • Şehidlerle bağlı şeirler - Xocalı ilə bağlı şeirler - Acılı şeirler - Şəhid oldu, ölmədi şeirin oxu

    [HR][/HR]

    Körpəsinin əlindən tutmuşdu ana bərk-bərk,
    Ağlama mənim balam,ağlama eşidərlər.
    Sənin bu gül səsini ətrafa yayar külək,
    Bizim də sinəmizi nizələyib deşərlər.

    Bir qocanın dilindən düşmürdü laylay sözü,
    Laylay oğlum deyirdi,laylay qızım deyirdi.
    Elə ağlayırdı ki,elə bil çıxıb gözü.
    Laylay oğlumun oğlu,laylay quzum deyirdi.

    Qızım dar ağacında, Nəvəm də qucağında.
    Həyatı güllələndi, Ömrün bahar çağında.
    Çıxarılan göz mənim, Yandırılan üz mənim.
    Özümə qalatdılar, Alışdığım köz mənim…..

    Ah,yağmaq istəmədən bəlkə də qan yağışı,
    Körpələrin üstündə körpə kimi ağladı.
    Hələ Xocalıdadır vurulan qan naxışı,
    Hələ ləkəsi qalıb,torpaq qanı saxlayıb.

    Bir ananın ayağı donsa da bu şaxtadan,
    Axtarırdı oğlunu ölənlərin içində.
    Hardadır mənim balam,balamı istəyirəm,
    Onu görən oldumu gələnlərin içində?

    Heç kim dinə bilmədi,
    Kimin dili gələrdi
    Anaya desin oğlun
    Şəhid oldu,ölmədi…

    [HR][/HR]
    alıntı
#26.02.2013 08:32 0 0 0