Tufaxiya

Son güncelleme:
  • Tufaxiya terifi ve terkibi - Tufaxiyanın hazırlanma qaydası

    noimage

    Tərkibi (2 pay):

    2 alma (hərəsi 200 q)
    1 yumurtanın ağı
    12 ç.q. şəkər pudrası
    3 x.q. qoz
    100 ml 30%-li qaymaq
    0,5 limon
    100 q şəkər tozu
    1 l su

    Suyu qazana tökün, limon və şəkər tozunu əlavə edin, ocağın üstünə qoyun.

    Almanın qabığını soyun, cecəyini çıxarın.

    Su qaynara düşəndə almaları içinə salın, bişirin.

    Alma yumşalanda (amma gözləyin, əzilməsin) çıxarıb soyudun.

    Bu müddətdə yumurta ağını şəkər pudrası ilə möhkəm çalın.

    Qoz əlavə edin.

    Qarışdırın.

    Almaların içinə doldurun.

    Üzərinə çalınmış qaymaq qoyun.

    Zövqünüzə görə bəzəyin.

    Nuş olsun..
0 0 0