Nəmli havaya baxmayaraq gözəllik!

Son güncelleme: 05.03.2013 23:01
  • Qadın gözeliyi

    Gözlər

    Su keçirməz makiyajın istifadə sahəsi ən geniş bölgə gözlərdir. Xüsusilə həssas gözlərə sahibsinizsə, gözlərinizi sıxlıqla sürtmə ehtiyacı duyursunuzsa, ya da linza istifadə edirsinizsə, bu məhsullar sizin üçün olduqca qurtarıcıdır.
    Su keçirməyən məhsullardan ten, göz layneri, göz qələmi və tuşunuzu hazır etdikdən sonra makiyajınızı istədiyiniz kimi tətbiq edə bilərsiniz. Gel göz layneri seçmənizi tövsiyə edərik.

    Dodaqlar

    Ən yaxşı nəticəni əldə etmək üçün mütləq quru dodaqların üzərinə tətbiq edin. Pomadaların yanında su keçirməyən dodaq qələmləri də var. Gün ərzində dodaqlarınızı çox quru hiss etsəniz, pomadanızın üzərinə normal, nəmləndirici bir lipstick də (dodaq pomadası) tətbiq edə bilərsiniz.

    Üz

    Dərinizə qoruyucu krem sürtdükdən sonra su keçirməyən tonal krem və ya pudranızı rahatlıqla tətbiq edə bilərsiniz

    Yoxlayın (sınaqdan keçirdin)

    Yaş bir pambığı üzünüzə yüngülcə toxunduraraq, gəzdirin. Əgər axmırsa, makiyajınızı müvəffəqiyyətlə tamamlamısınız deməkdir. Yanınızda hər vaxt bir qulaq çubuğu olsun. Bu şəkildə makiyajınızı yayaraq, düzəldə bilərsiniz. Qulaq çubuğunu əsla islatmayın.

    Alıntı..
#05.03.2013 23:01 0 0 0