Qadınların nece görünmeleri haqqında - Qadınların en çirkin göründüyü gün
Mütəxəssislər bazar ertəsi sindromunun çərşənbə gününə təsir etdiyini bildirir.
ABŞ-da və İngiltərədə bir kosmetika firmasının yüzlərlə qadın arasında keçirdiyi sorğuda çərşənbə gününün ən stressli gün olduğu ortaya çıxıb.
Aparılan araşdırmalara görə, çərşənbə günü enerji səviyyəsinin tamamilə düşməsi, iş stressinin maksimum artması və həftəsonundan qalan yorğunluğun bütün təsirini göstərməsi nəticəsində qadınlar yaşlı görünür və özlərini yaşlı hiss edir.
Qadınların özlərini ən xoşbəxt hiss etdikləri gün isə cümə günüdür. İşləməyən qadınların yüzdə altmışı cümə günü özlərini tam xoşbəxt və gümrah hiss etdiklərini bildiriblər.
Bazar ertəsinin gecəsi isə qadınların ən çox yuxudan şikayətləndikləri gün olaraq açıqlanıb. Yuxusuzluğun göstəriciləri üz və boyun bölgəsində 48 saat sonra öz təsirini göstərdiyi üçün qadınlar çərşənbə günü daha yaşlı görünür və həmin gün bazar ertəsi başladıqları rejimlərinə və cildə qulluğuna ən çox laqeyd yanaşdıqları gün olur.