Giriş
Giriş
Üye Ol
Main-Board
22 Yıl 7 Ay 9 Günden beri Online
Konu
İçerik
Üye
Giriş
Giriş
Üye Ol
Ana Sayfa
Azərbaycan
Sentimental şeir
Sentimental şeir
356
Son güncelleme:
15.03.2013 07:25
Ceylan
Sevgi şeirleri - Derdli şeirler - Nuri Əlizadə şeirleri - Sentimental şeir oxu
Ölüb bu dünyadan qisas alasan,
lap atıb gedəsən bu Yer üzünü.
Sonuncu nəğmənlə qatıb başını,
aldadıb gedəsən bu Yer üzünü.
Bu boyda dünyada ömür nə qısa,
bu qısa dünyada həsrət nə uzun.
Gedib bir vəfalı ölüm tapasan,
qaçasan əlindən bu vəfasızın...
...Gəlir kölgə kimi, qaraltı kimi,-
elə kölgə kimi sovuşur adam.
Durub ömrü boyu gözlədiyinə,
bir anın içində qovuşur adam...
...Nə qədər vəfasız olsa da dünya,
sevəsən-sevəsən yenə sən onu.
Çıxıb gedəndə də bu Yer üzündən,
Allaha tapşırıb gedəsən onu...
Nuri Əlizadə
#15.03.2013 07:25
0
0
0
Önceki Konu:
Həsrətəm sənə
Sonraki Konu:
Süd vəzi fibroadenoması
Main-Board 2004 - 2026
Üyeler
Toplist
Gündem
Hakkımızda
Kurallar
İletişim
Main-Board