Xurmalı-şokoladlı tort

Son güncelleme:
  • Xurmalı-şokoladlı tortun terifi ve terkibi - Xurmalı-şokoladlı tortun hazırlanma qaydası


    noimage


    Tərkibi:

    əsası:
    3 st. qoz
    3 st. xurma (dənəsiz)
    3 x.q. kərə yağı

    krem:
    3 st. keşyu
    1 st. mineral su
    240 ərinmiş kərə yağı
    300 q şokolad
    2 st. maye bal

    Bu tort üçün həmçinin kənarları açılan, diametri 26 sm olan forma gərəkdir.

    Blenderdə qozu, xurmanı və kərə yağını xırdalayın. Formanın içinə qida plyonkası döşəyin. Çalınmış kütləni formaya töküb soyuducuda 2-3 saat saxlayın.

    Krem: keşyunu suda 2 saat saxlayın. Yuyun. Blenderdə keşyunu, mineral suyu və balı eynicinsli kütlə alınanadək çalın. Su hamamında şokoladı və kərə yağını əridib blenderdəki qarışığa əlavə edin və yenə çalın. Soyuducudakı formanı çıxarın. Kremi şokoladlı-xurmalı əsasın üstünə çəkib hamarlayın. Soyuducuda 4-5 saat saxlayın.

    Nuş olsun!
0 0 0