Oğurlanmış telefon lazımsız cihaza çevriləcək

Son güncelleme: 15.03.2013 09:22
  • Xeberler - Sosial xeberler

    noimage


    Mobil cihazlarının qeydiyyat sistemi(MCQS) mayın 1-dən etibarən mobil cihazların qeydiyyatına başlayacaq. Bu barədə Lent. az-a Rabitə və informasiya texnologiyası nazirliyindən məlumat verilib. Mobil cihazların qeydiyyat sisteminin yaradılması informasiya kommunikasiya ili çərçivəsində həyata keçirilən tədbirlər sırasındandır. Qeydiyyat sistemi istismara başladığı tarixə qədər şəbəkədə istifadə edilən bütün mobil cihazların İMEİ nömrələri qeydiyyata alınmış hesab ediləcək. Onların şəbəkədə maneəsiz işləməsində heç bir problem olmayacaq. Qeydiyyat sistemi istismara verildikdən sonra şəxsi istifadə məqsədi ilə ölkəyə gətirilərək (Ölkəmizin mobil operatorlarının sim kartları vasitəsi ilə ) hər bir mobil cihazın İMEİ nömrəsi xidmət almağa başladığı tarixdən ən geci 30 gün müddətində qeydiyyata alınmalıdır.


    “Mobil cihazların qeydiyyata alınmasında məqsəd abunəçilərin öz mobil əmlaklarından rahatlıqla istifadə etməsini təmin etməkdir”.

    Lent.az-ın məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib. İ.Məmmədov deyib ki, keyfiyyət əmsalları aşağı olan mobil cihazların ölkəyə gətirilməsinin qarşısını almaqla ölkədə bu sahədə rəqabəti yüksəltmək olar: “Bu sistem itirilmiş mobil telefon sahibinin qeydiyyat mərkəzinə müraciəti əsasında həmin cihazdan ölkə ərazisində istifadəni mümkünsüz edir. Beləliklə də oğurlanmış və ya itirilmiş cihaz lazımsız əşyaya çevrilir. Bununla yanaşı, qeydiyyat sistemi eyni zamanda ölkəyə qeyri-qanuni yollarla mobil cihazların gətirilməsini, onlardan istifadəni də mümkünsüz edəcək”.




    Anar Məcidzadə
#15.03.2013 09:22 0 0 0