Mətanət İskəndərlinin qızı: Belə bir şey mümkün deyil

Son güncelleme:
  • Show Biznes xeberleri - Meşhurlar


    noimage


    "İstəmirəm ki, sonra bunu mənə irad tutsunlar".

    müğənni Mətanət İskəndərlinin qızı Ülkər Space telekanalının «Plus-minus» verilişində anası barədə sualları cavablandırıb.

    - Ulduz övladı olmağınızın müsbət tərəfləri hansıdır?

    + Müsbət cəhəti odur ki, haraya gedirəmsə, mənə hörmətldə yanaşırlar. Anamın tanınmış adam olması ilə fəxr edirəm. Bircə mənfi tərəfi var ki, harayasa istirahətə gedəndə bizi tanıyırlar, onda narahat oluruq.

    - Ananızın məşhurluğu məktəbdə köməyinizə çatıb?

    + Əlbəttə, məktəbdə də, universitetdə də müəllimlər mənə hörmət edirdilər, kömək göstərirdilər.

    - Ananızın sizə verdiyi ən böyük cəza yadınızdadır?

    + Bir dəfə anam məndən bərk incidi və bir həftə danışmadı mənimlə. Bilmirəm, nəyə görə küsmüşdük. Mən çox qürurluyam, ona görə gözləyirdim ki, birinci addımı anam atsın. Sonra biz barışdıq, amma o hadisəni unutmadım.

    - Niyə ananızın yolu ilə getmədiniz?

    + Çünki səsim yoxdur. İstəmirəm ki, sonra bunu mənə irad tutsunlar. Hətta səsim olsa belə, anam oxumağıma icazə verməzdi, çünki özü keçdiyi çətinlikləri mənə rəva bilmir.

    - Mətanət İskəndərli barədə hansı şayiə sizi daha çox təəccübləndirib?

    + Guya biz Azərbaycanı tərk edirik xəbəri. Hamı məndən bu barədə soruşurdu.

    - Ananıza nəyi heç vaxt bağışlamazsınız?

    + Belə bir şey mümkün deyil.

    alıntı
0 0 0