Tariximizdə bu gün - 25 Mart

Son güncelleme:
  • Tarixin bu günü - Bu günün tarixi

    noimage

    1907. Mühacir şair Almas İldırım (İldırım Almaszadə) anadan olub

    1920. Azərbaycan hökuməti Mərkəzi Fəhlə Klubundan başqa bütün klubların işləməsinə icazə verib

    1921. XI Qızıl ordu komandanlığı Zaqafqaziyanın üç respublikasındakı vəziyyət haqqında gizli təlimnamə tərtib edib. Sənədə görə, "kəndlilərin dini mərasimlərinə qayğı ilə yanaşılmaması onların etirazlarına, bütün Azərbaycanı bürüyən üsyanlara səbəb olmuşdur”

    1921. Tiflisə gələn Bakı fəhlələrinin nümayəndə heyəti Gürcüstan fəhlələrinə kömək olaraq özləri ilə 45 sistern ağ neft və benzin gətirib

    1992. “Azərbaycan Milli Qəhrəmanı” fəxri adı təsis edilib

    2000. Avropa Şurası Siyasi Komitəsi Azərbaycan Respublikası Milli Məclisinə Azərbaycan Avropa Şurasına tam hüquqlu üzv qəbul edildikdən sonra yerinə yetirilməli olacağı öhdəliklərin siyahısını göndərib. Sənədi Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri imzalayıb

    2009. AŞPA-nın yaz sessiyasında alman parlamentar Kristof Ştrasser Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin edilib

0 0 0