Giriş
Giriş
Üye Ol
Main-Board
22 Yıl 61 Günden beri Online
Giriş
Giriş
Üye Ol
Ana Sayfa
Azərbaycan
De hara gedirsən
De hara gedirsən
220
Son güncelleme: 11.04.2013 09:21
Ceylan
sevgi şeirleri - hesret şeirleri - getmelerle baglı şeirler - De hara gedirsən şeirin oxu
Şirin röyamısan,ya xəyalmısan,
Min cavab axtaran bir sualmısan?
Ümidim-nə yaman sən qocalmısan,
De hara gedirsən,hara gedirsən?
Yolların əvvəli axırı varmı?
Bu payız ömrümün baharı varmı?
Çağırsam harayım sənə çatarmı?
De hara gedirsən,hara gedirsən?
Taleyin aldığı həsrətli ilsən,
Necə gözləmişəm mən səni bilsən,
Sən səyyah deyilsən,yolçu deyilsən,
De hara gedirsən,hara gedirsən?
Günlərim əriyib illərim axıb,
Başımda nə qədər şimşəklər çaxıb,
Mənim bu yıxılmış dünyamı yıxıb,
De hara gedirsən hara gedirsən?
Sevincim ac qalıb kədərim doyub,
Rəngli günlərimi göz yaşım yuyub,
Məni bu kədərin əlində qoyub,
De hara gedirsən,hara gedirsən?
N.Kəsəmənli
#11.04.2013 09:21
0
0
0
De hara gedirsən Konusuna Benzer Konular
Çamur - Hara
28.03.2008
Azərbaycanlılar hara və nə üçün gedirlər
07.03.2010
Çamur - Hara
02.10.2010
Biz hara gedirik
09.11.2010
Görən hara gedir
08.12.2010
Main-Board 2004 - 2026
Üyeler
Toplist
Gündem
Hakkımızda
Kurallar
İletişim
İzmit Su Tesisatçısı
Vozol Star 20000
Çayırova Fayans Ustası