Mənim ürəyimdir, xəbərin olsun

Son güncelleme:
  • sevgi sözleri - sevgi şeirleri - sevgiliye yazılan şeirler - menim üreyimdir, xeberin olsun



    Yolları çox vurdum izinə calaq,
    Bu yoldan, bu izdən nə xəbər alaq,
    Ən yaxşı sözümü düz qalaq-qalaq,
    Düşmən qabağında çəpərin olsun.

    Bu eşqin dilini hələ var bilən,
    Saçıma hər düşən dəni qar bilən.
    Sənə könül verən, səni yar bilən,
    Arxanca su atan bir pərin olsun.

    Göz yaşı ürəyin çixan şırəsi,
    Yaşanmış hər ömrün eşqdır kirəsi.
    Üstündə durduğum bu yer kürəsi,
    Mənim ürəyimdir, xəbərin olsun!

    alıntı
0 0 0