Randevu salatı

Son güncelleme:
  • Randevu salatının terifi ve terkibi - Randevu salatının hazırlanma qaydası



    noimage


    Tərkibi (6-8 pay):

    1 banka qarğıdalı (340 q)
    300 q pomidor
    300 q xiyar
    150 q soğan
    200 q brınza pendiri
    bitki yağı
    duz



    Soğanı yarımhalqa doğrayın. Əgər acı soğandan istifadə edirsinizsə, üstünə qaynar su töküb 10 dəqiqə saxlayın, sonra suyu süzüb, soğanı soyuq suda yuyun.

    Xiyarı fal-fal doğrayın.

    Pomidorları dilimləyin.

    Pendiri kubik doğrayın.

    Pomidor, xiyar, soğan, qarğıdalını (suyunu süzün) qarışdırın, azca duz vurun.

    Pendir, bitki yağı əlavə edib qarışdırın.



    Nuş olsun!
0 0 0