Gecələr səninçün ağlayıram mən

Son güncelleme: 18.04.2013 12:57
  • sevgi şeirleri - ayrılıq şeirleri - hesret şeirleri - Geceler seninçün ağlayıram men şeirin oxu


    noimage

    Hardasan,ürəyim yaman darıxıb
    Sadəcə rəsmini saxlayıram mən
    Hər dəfə şəklini köksümə sıxıb
    Gecələr səninçün ağlayıram mən

    Ürəyim alışır hərarətimdən
    Sən şübhə eylədin məhəbbətimdən
    Bilmirəm sevgimdən ya nifrətimdən
    Gecələr səninçün ağlayıram mən

    İndi ehtiyac var azacıq vaxta
    Bilmirəm nə deyim məndəki baxta
    Gündüzlər gülürəm gülüşüm saxta
    Gecələr səninçün ağlayıram mən

    Deyirsən axtarma, məni arama
    Göz yaşım duz səpir sanki yarama
    Bilirem dəymərsən göz yaşlarıma
    Gecələr səninçün ağlayıram mən

    noimage

    alıntı
#18.04.2013 12:57 0 0 0